Ultrasəs Müayinə Kursu

Elan kodu: 689

Kateqoriya Sağlamlıq və Gözəllik
Digər sağlamlıq kursları

Qiymət 1 000 Azn

Kursumuz tibbi sahədə ixtisasını dərinləşdirmək, diaqnostika bacarıqlarını təkmilləşdirmək istəyən həkim, rezident və tibb tələbələri üçün hazırlanmış peşəkar tədris proqramıdır. Dərslər uzun illərin təcrübəsinə malik şüa diaqnostika üzrə mütəxəssis tərəfindən keçirilir və həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə edir. Kursun məqsədi iştirakçıların ultrasəs aparatından səmərəli istifadə etməyi, görüntüləri düzgün şərh etməyi və diaqnoz qoymaqda dəqiqlik qazanmağı öyrənmələridir.

Tədris proqramı hər bir sahənin xüsusiyyətlərinə uyğun şəkildə bölünüb. İştirakçılar istəyə əsasən yalnız öz ixtisas istiqamətinə aid bölmələri seçə və ya ümumi kurs proqramını tam şəkildə keçə bilərlər. Dərslər aşağıdakı mövzuları əhatə edir:

Süd vəzi ultrasəs müayinəsi
Trioid vəzi müayinəsi
Uroloji orqanların ultrasəs diaqnostikası
Kiçik çanaq orqanlarının müayinəsi
Abdominal orqanların ultrasəs müayinəsi
Fetal ultrasəs (hamiləlik dövrü müayinələri)

Kursun müddəti sahədən asılı olaraq 1 və ya 2 ay təşkil edir. Bu, tələbələrin həm nəzəri, həm də praktik hissəni mənimsəməsi üçün optimal şəkildə planlaşdırılıb. Dərslər fərdi və qrup formatında keçirilir ki, bu da iştirakçılara öz öyrənmə tərzinə uyğun temp seçmək imkanı yaradır.

Proqramda iştirak edənlər tibb sahəsində praktik biliklərini gücləndirərək pasiyentlərin ilkin diaqnostikasında daha peşəkar nəticələr əldə edəcəklər. Kursun sonunda iştirakçılara sertifikat təqdim olunur.

Mesa Academy (Bütün Elanları)
Bakı şəhəri
0774190XXXnömrəni göstər

Tarix: 01.03.2026

Ultrasəs Müayinə Kursu
  • ViP elan et
  • Elanı irəli çək
  • Düzəliş et
  • Sil

Refleksoloji kurs

Refleksoloji sinir noktalarına tətbiq olunan xüsusi texnikalarla elektrokimyasal mesajların yaranmasını təmin edən, bununla da qan dövranını və daxili orqanları stimullaşdıran təbii və effektiv bir müalicə üsuludur. Bu

250 Azn
Diyetoloq kursu

Diyetisyen olmaq istəyənlər üçün nəzərdə tutulmuş Beslenme Koçluğu Təlimi, sağlam həyat tərzi və balanslı qidalanma sahəsində peşəkar bacarıqları inkişaf etdirmək istəyənlər üçün ideal tədris proqramıdır. Bu təlim,

230 Azn
Endolazer Təlimi

Endolazer Təlimi estetik tibb sahəsində ixtisasını genişləndirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuş peşəkar proqramdır. Təlim birbaşa ixtisasca həkim tərəfindən həyata keçirilir və iştirakçılara bu sahənin

750 Azn
Estetik Ginekologiya

Estetik Ginekologiya kursu qadın sağlamlığı və gözəlliyi sahəsində ən son texnologiyalarla işləmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Bu təlim proqramı vasitəsilə siz cərrahi müdaxiləyə ehtiyac olmadan bir çox

2000 Azn

komputer kurslari hazirliq kurslari kurslar ingilis dili