Tarix / Abituriyent hazırlığı

Elan kodu: 1080

Kateqoriya İmtahana hazırlıq kursları
Abituriyent hazırlığı

Qiymət 30 Azn

Məhəmməd Məlikov (Bütün Elanları)
Bakı şəhəri
0555949XXXnömrəni göstər

Mən Məhəmməd Məlikov, 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix müəllimliyi" ixtisasını bitirmişəm. Tarix fənni üzrə abituriyentlərin (II və III qruplar) ali məktəblərə qəbul imtahanlarına hazırlığı ilə məşğul oluram. Həmçinin V-XI siniflər üzrə təkmilləşdirmə dərsləri də həyata keçirirəm. Repititorluq fəaliyyətimə 2021-ci ildə başlamışam. Həm onlayn, həm də əyani formada, həm fərdi, həm də qrupla tarix fənni üzrə Bakı şəhərində repititorluq fəaliyyəti ilə məşğul oluram.
Tarix fənninin nəzəri hissəsi və tədrisin metodikasına dərindən bələdəm. Tədris metodikası, pedaqogika, təlim və tədrisin təşkili, pedaqoji psixologiya sahələrini əhatə edən beynəlxalq sertifikatlara sahibəm. Dərslərimdə şagirdlərin mövzuları sadəcə əzbərləməsinə deyil, tarixi hadisələri səbəb-nəticə əlaqələri ilə dərindən anlamasına xüsusi diqqət yetirirəm. Tədris prosesində fərdi yanaşma tətbiq edir, hər bir şagirdin bilik səviyyəsinə uyğun İndividual proqram hazırlayıram. Mövzular test tapşırıqları, xəritələr, sxemlər və əlavə mənbələr vasitəsilə daha effektiv şəkildə izah olunur.
Məqsədim şagirdlərimin tarix fənninə marağını artırmaq, onların analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və yüksək nəticələr əldə etmələrinə dəstək olmaqdır. Məsuliyyətli, səbirli və nəticəyönümlü yanaşma ilə keyfiyyətli təhsil təqdim edirəm.
Proqram "Azərbaycan tarixi" və "Ümumi tarix" olmaqla iki dərsi əhatə edir. Proqram üzrə həftə ərzində 2 dəfə "Azərbaycan tarixi", 1 dəfə "Ümumi tarix" olmaqla 3 dəfə hazırlıq həyata keçirilir.
İndividual (fərdi) formada tarix fənni proqramının bitirilmə müddəti abituriyentin qavrama qabiliyyətindən asılı olaraq ortalama 4 ay, qrup formasında isə 6 ay təşkil edir. Geri qalan müddət isə imtahana qədərki dövrdə təkrarlara, qəbul formatında test tapşırıqlarının işlənilməsinə, zəif yerlərin möhkəmləndirilməsinə sərf olunur.
Dərslər istəkdən asılı olaraq həm onlayn formada (Zoom və ya Google Duo üzərindən), həm də əyani formada tədris olunur.
Daha ətraflı məlumat və qeydiyyatdan keçmək, həmçinin müəllimin qrafiki ilə tanış olmaq üçün WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz.


Tarix: 13.06.2026

Tarix / Abituriyent hazırlığı
  • ViP elan et
  • Elanı irəli çək
  • Düzəliş et
  • Sil

Online riyaziyyat hazırlığı

Riyaziyyat mövzularını sadə və sistemli şəkildə izah edən dərslərlə şagirdlər mövzunu addım-addım mənimsəyir. Qrup və fərdi dərslərdə materiallar aydın izah və ardıcıl məşqlərlə təqdim olunur. Tədris yanaşması -

40 Azn
Riyaziyyat hazırlığı

Iki tip quruplarımız mövcuddur: - Riyaziyyat hazırlığı - Riyaziyyat dəstək qurupu Riyaziyyat hazırlığı qurupunun üstünlükləri: - Bütün mövzuların izahının video qeydi - Hər mövzunun sonunda yekunlaşdıeıcı

40 Azn
Riyaziyyat hazırlığı

Dərslər şagirdin mövzunu real şəkildə başa düşməsi üçün sistemli və ardıcıl izah üzərində qurulur. Tədris prosesi fərqli sinif səviyyələrinə uyğun proqram və fərdi yanaşma ilə təşkil olunur. Tədris istiqamətləri -

30 Azn
Onlayn Ədəbiyyat hazırlığı

Həftədə 3 dəfə keçirilir. Sınaqlar mövzu izahı bütün əsərlərin təhlili izah olunur Maraqlanan şəxslər whatsappla əlaqə saxlaya bilərlər

25 Azn
Az Dili İbtidai Sinif Hazırlığı Bütün Fənlər Tarix Məntiq

Dərslərimiz həftədə iki dəfə keçirilir həm qrupla həm fərdi buyurub əlaqə saxlaya bilərsiniz

20 Azn
Azərbaycan dili və ədəbiyyat müəllimi

Dərslər həftədə 2 dəfə 2 saat keçilir qrupla 50 manat, fərdi 70 manat.Mövzuların ən sadə şəkildə izahı.Valideynlə mütəmadi olaraq əlaqə saxlanılır, şagirdin bilik səviyyəsini yoxlamaq üçün sınaqlar keçirilir.

70 Azn
Riyaziyyat və məntiq hazırlığı

İngilis dilində riyaziyyat və məntiq üzrə dərslər İB, Cambridge və Checkpoint proqramlarının tələblərinə uyğun şəkildə keçirilir. Tədris 2-9-cu sinif şagirdləri üçün təşkil olunur və dərslər online və ya şagirdin

250 Azn
Fizika Hazırlığı

DİM proqramına uyğun qurulan kursda mövzular ardıcıl şəkildə izah olunur və şagirdlərin proqram üzrə tam hazırlığı təmin edilir. Tədris prosesi müxtəlif sinif səviyyələrinə uyğun qruplarla təşkil olunur və dərslər

65 Azn
İnformatika Hazırlığı – Elşən müəllimlə

2026–2027-ci tədris ili üçün İnformatika Hazırlığı – ELŞƏN müəllimlə ! Bütün siniflər üzrə təkmilləşdirmə hazırlığı və eyni zamanda 10, 11-ci sinif abituriyentləri üçün universitetə hazırlıq! Birinci qrup Riyaziyyat

30 Azn
Fizika abituriyent

Fizika fənni üzrə abituriyent hazırlığı üçün yeni dərs qrupuna qəbul aparıram. Mövzular sadə üsullarla izah olunur və dərslər sıfırdan başlayaraq sistemli şəkildə keçirilir. Tədris yanaşması - Mövzular qayda

50 Azn
Репетитор по математике

Здравствуйте! Меня зовут Нурана, я — репетитор по математике для учеников 5–9 классов. Помогаю понять математику без стресса, восполнить пробелы в знаниях, повысить успеваемость и уверенно подготовиться к контрольным

100 Azn

online kurslar komputer kurslari biznes kurslari kurslar