Şahmat kursları
Elan kodu: 406Kateqoriya Uşaqlar üçün kurslar
Uşaqlar üçün Şahmat kursu
Qiymət 60 Azn
Zehni inkişaf, məntiq və strateji düşüncə bacarıqlarını formalaşdıran şahmat artıq həm əyani, həm də onlayn formatda təqdim olunur. 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan bu dərslər unikal müəllim metodikası əsasında keçirilir və tam fərqli tədris yanaşması ilə seçilir.
Burada hər bir uşaq yalnız gedişləri öyrənmir, eyni zamanda hər bir addımın arxasındakı məntiqi dərk edir. Heç bir şey əzbərlədilmir. Əksinə, öyrənilən biliklər şagirdin düşüncə tərzinin bir parçasına çevrilir. Bu metodika sayəsində iştirakçılar oyunun başlanğıcından sonuna qədər strateji düşünməyi, rəqibin planını anlamağı və düzgün qərar verməyi öyrənirlər.
Dərslər həm fərdi, həm də qrup şəklində təşkil olunur, balaca yaş qrupları üçün isə dərs prosesi əyləncəli və motivasiyaedici şəkildə keçirilir. Əyani dərslərdə interaktiv öyrənmə mühiti, onlayn dərslərdə isə rahat və çevik tədris sistemi yaradılıb.
Bakı şəhəri
Tarix: 11.11.2025





