Microsoft Excel dərsləri

Elan kodu: 280

Kateqoriya İT və Kompüter kursları
Excel Kursları

Qiymət 60 Azn

Bu proqram yalnız mühasiblər üçün deyil, həm də HR mütəxəssisləri, maliyyəçilər, auditorlar, analitiklər, mühəndislər, satış mütəxəssisləri, dövlət qulluqçuları, tədarükçülər, vergi və logistika sahəsində çalışanlar, marketoloqlar, biznes analitikləri və öz biznesini idarə edən sahibkarlar üçün də nəzərdə tutulub. Məqsəd – Excel-i peşəkar səviyyədə tətbiq etməyi, real iş proseslərində vaxt və resurs qənaətini təmin etməyi öyrətməkdir.

Kurs tam praktik əsaslıdır və real mühasibatlıq tapşırıqları üzərində aparılır. Təlim zamanı siz Excel proqramının bütün funksionallığını dərindən mənimsəyəcəksiniz. Dərslərdə əmək haqqı cədvəllərinin, material hesabatlarının, dövriyyə ведомostlarının, hesab-faktura siyahılarının hazırlanması, kimi funksiyaların tətbiqi, məlumatların avtomatlaşdırılması və hesabat formalarının optimallaşdırılması öyrədilir. Bundan əlavə, siz cədvəllərin yaradılması, diaqram və SmartArt qrafiklərinin tərtibi, Pivot Table və Pivot Chart ilə analitik hesabatların hazırlanması, Power Query vasitəsilə məlumatların emalı kimi bacarıqlara yiyələnəcəksiniz.

Tədris "Öyrən və Tətbiq Et" prinsipi ilə aparılır, yəni hər bir mövzu dərhal praktiki tapşırıq üzərində möhkəmləndirilir. Təlimçilər yalnız proqramın texniki tərəflərini deyil, həm də öz peşə təcrübələrini bölüşür, sizi real iş mühitinə hazırlayırlar. Kursu bitirdikdə siz artıq Excel-i sadəcə bir proqram kimi deyil, mühasibatlıq, maliyyə və analitika sahəsində güclü bir alət kimi idarə etməyi bacaracaqsınız.

Tədris həm fərdi, həm də qrup formatında, azərbaycan və rus dillərində, həm online, həm də əyani şəkildə həyata keçirilir. Hər bir tələbəyə fərdi yanaşma tətbiq olunur, dərs günləri və saatları tələbənin imkanlarına uyğun təyin edilir. Kursun sonunda iştirakçılara rəsmi sertifikat təqdim olunur. Şirkətlər və ofislər üçün xüsusi korporativ təlim proqramları da mövcuddur.

Bmbkm (Bütün Elanları)
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın

Tarix: 11.11.2025

Microsoft Excel dərsləri
  • ViP elan et
  • Elanı irəli çək
  • Düzəliş et
  • Sil

Kompüter kursları

Kompüter proqramları ilə işləmək artıq bir çox sahədə gündəlik bacarıq kimi tələb olunur. Bu kurs Word, Excel və PowerPoint proqramlarını praktik izahla öyrənmək və onları sərbəst istifadə səviyyəsinə çatdırmaq üçün

60 Azn
Excel hazırlığı

Excel proqramını praktik və sistemli şəkildə öyrənmək üçün strukturlaşdırılmış dərslər təqdim edirəm. Cədvəllərlə işləmə, hesablamalar və məlumatların düzgün idarə olunması real nümunələr üzərində izah olunur. Tədris

50 Azn
Excell dərsləri

Excel proqramını sıfırdan öyrənmək və funksiyalarla sərbəst işləmək istəyənlər üçün praktiki dərslər keçirilir. Dərslərdə cədvəllərin qurulması, formulların tətbiqi və məlumatların analiz edilməsi sadə və anlaşılan

55 Azn
Excel kursu

Excel proqramı ilə işləmə bacarıqlarını sistemli şəkildə öyrədən dərslər təqdim edirəm. Tədris zamanı funksiyalar, cədvəllər və hesabatların hazırlanması real nümunələr üzərində izah olunur. Dərs formatı və öyrənmə

200 Azn
Kompüter kursu

Kompüter qarşısında sadə bir əməliyyatın belə necə asan idarə olunduğunu ilk dəfə görəndə fərq hiss olunur. Bu kursda kompüterdən istifadəni sıfırdan öyrənmək və işlərdə praktik bacarıq qazanmaq üçün tədris aparıram

50 Azn

komputer kurslari kurslar biznes kurslari login