Əczaçılıq üzrə fərdi hazırlıq

Elan kodu: 316

Kateqoriya Peşə hazırlıq kursları
Əczaçılıq kursları

Qiymət 120 Azn

Əczaçılıq sahəsində real aptek mühitində təcrübə qazanmaq və peşəkar səviyyədə biliklərə yiyələnmək istəyənlər üçün unikal fürsət var. Bu hazırlıq proqramı kurs deyil. Fərdi şəkildə, birbaşa praktik fəaliyyət üzərində qurulmuş təlimdir. Həftədə 5 gün aptek şəraitində keçirilən dərslər həm nəzəri, həm də praktiki biliklərin eyni anda mənimsənilməsinə imkan yaradır.

Qısa müddətdə dərmanların tərkibi, təsir mexanizmləri, dozalanması və reseptlərin düzgün oxunması kimi əsas biliklərə sahib olursunuz. Tədris proqramı farmakodinamika, farmakokinetika və farmakoterapiya mövzularını əhatə edir. Tələbələr dərmanların orqanizmdə necə sorulduğunu, hansı orqanlarda necə təsir göstərdiyini, doza hesablanması və çəkiyə uyğun dərman təyini qaydalarını praktiki nümunələrlə öyrənirlər.

Bundan əlavə, aptekin düzülüşü, dərmanların düzgün yerləşdirilməsi, bonuslu satış prinsipləri və xəstələrlə düzgün ünsiyyət bacarıqları da dərs prosesinə daxildir. Hazırlığın müddəti 3–6 ay təşkil edir və dərslər real iş şəraitində keçirildiyindən öyrənmə prosesi daha effektiv olur.

Bu da sizə qısa zamanda peşəyə yiyələnmək və işə başlamaq imkanı yaradır. Tədrisin sonunda bilik səviyyənizə uyğun referans təqdim olunur və işlə təmin olunmağınıza dəstək göstərilir.

Gunel
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın

Tarix: 11.11.2025

Əczaçılıq üzrə fərdi hazırlıq
  • ViP elan et
  • Elanı irəli çək
  • Düzəliş et
  • Sil

Əczaçılıq Kurslari

Əczaçılıq sahəsində işləmək üçün dərmanların tərkibi, reseptlərin oxunması və tətbiq qaydaları üzrə sistemli biliklər öyrədilir. Tədris zamanı həm nəzəri məlumatlar, həm də aptek mühitində istifadə olunan praktiki

60 Azn
Əczaçılıq kursu

Əczaçılıq sahəsində dərmanların tərkibi, hazırlanması və tətbiqi ilə bağlı bilikləri sistemli şəkildə öyrədən kurs təqdim olunur. Tədris zamanı farmakologiyanın əsas anlayışları və dərman vasitələrinin istifadə

60 Azn
Əczaçılıq dərsləri

Əczaçılıq kursunda dərman vasitələrinin xüsusiyyətləri, hazırlanma prinsipləri və aptek fəaliyyətinə aid əsas biliklər praktik və nəzəri şəkildə izah olunur. Tədris zamanı farmakologiya üzrə vacib mövzular, dərmanların

60 Azn
Əczaçiliq kursu

Tibb bacısı və əczaçılıq sahəsi üzrə nəzəri biliklərlə yanaşı praktik bacarıqların öyrədildiyi peşəkar hazırlıq dərsləri keçirilir. Proqram dərmanların tətbiqi, reseptlərin oxunması və tibbi proseslərdə istifadə olunan

55 Azn
Əczaçılıq kursu

Dərman vasitələrinin hazırlanması, saxlanması və tətbiqi ilə bağlı biliklər əczaçılıq sahəsinin əsasını təşkil edir. Bu kursda farmakologiya və dərman vasitələri ilə işləmə qaydaları praktiki və nəzəri izahlarla

60 Azn

online kurslar biznes kurslari komputer kurslari revit rus dili