Data Analitika onlayn üzrə təlim
Elan kodu: 263Kateqoriya İT və Kompüter kursları
Proqramlaşdırma kursları
Qiymət 200 Azn
Rəqəmlərlə düşünmək, məlumatlardan nəticə çıxarmaq və qərarvermədə dəqiq analitik yanaşma sərgiləmək istəyirsənsə, bu təlim sənin üçündür. Data Analitika üzrə peşəkar bacarıqlar qazanaraq gələcəyin ən tələb olunan sahəsində öz yerini tut! Tədris tamamilə onlayn şəkildə keçirilir, bu da sənə istənilən yerdən rahat şəkildə öyrənmək imkanı yaradır.
Tədris proqramı:
Excel: Verilərlə işləmənin əsas prinsipləri, məlumatların təmizlənməsi, qruplaşdırılması və analiz üsulları.
SQL: Verilənlər bazasından sorğuların yazılması, məlumat çıxarışı və əlaqəli cədvəllərlə işləmə.
Python: Analitik düşüncə tərzinin formalaşdırılması, məlumatların emalı və hesabatların avtomatlaşdırılması.
Power BI: Peşəkar hesabatların və interaktiv dashboardların hazırlanması, vizual analitika və data təqdimatı.
Təlim müddəti 5 ay davam edir və hər bir mövzu real layihələr üzərində praktiki şəkildə öyrədilir. Nəticədə, sən yalnız nəzəri biliklərlə deyil, həm də iş mühitində tətbiq edə biləcəyin praktik bacarıqlarla təchiz olunacaqsan.
Tarix: 11.11.2025





